İstehsal Standartı | Kimyəvi tərkibi | Fiziki-Mexaniki xassələri
Polad ikitavr (I-şəkilli polad şüa) — kəsiyi I hərfi formasında olan, böyük yükləri az materialla daşıya bilən metal profildir. Əsasən daşıyıcı element kimi işlədilir. Quruluşu: Yuxarı və aşağı flanşlar (polkalar) - əyilməyə qarşı müqaviməti artırır, Divar (gövdə) - kəsici qüvvələri daşıyır. Bu quruluş sayəsində ikitavr yüngül, amma çox möhkəm olur. Növləri: Normal ikitavr (B) - ümumi tikinti işləri, Genişflanşlı (Ş) - böyük yüklər, uzun aşırımlar, Kolon tipli (K) - sütun və dayaqlar, Yüngül seriya - az yük tələb olunan konstruksiyalar.
İstehsal standartı:
- GOST 8239-99 / 26020
- EN 10034
Kimyəvi tərkibi:
- St3, St20, St37
- S235, S275 (EN standartına görə)
| Element | Miqdar (%) |
|---|---|
| Karbon (C) | 0.14 - 0.22 |
| Manqan (Mn) | 0.40 - 0.65 |
| Silisium (Si) | ≤ 0.30 |
| Fosfor (P) | ≤ 0.045 |
| Kükürd (S) | ≤ 0.045 |
| Dəmir (Fe) | Qalan hissə |
Mexaniki xassələri:
| Xassə | Qiymət |
|---|---|
| Axma həddi | ≥ 235 MPa |
| Dartılma möhkəmliyi | 360-510 MPa |
| Nisbi uzanma | ≥ 20% |
| Zərbəyə davamlılıq | Yaxşı |
| Sərtlik | 120-170 |
Fiziki xassələri:
| Xassə | Dəyər |
|---|---|
| Sıxlıq | ≈ 7850 kg/m 3 |
| Elastiklik modulu (E) | 210 GPa |
| Poisson əmsalı | 0.3 |
| İstilik genişlənməsi | 12×10 -6 1/°C |
| İstilik keçiriciliyi | 50 W/m·K |
Tətbiq sahələri | Üstünlükləri | Məhdudiyyətləri | Satış müddəaları
Tətbiq sahələri:
-
Tikinti və konstruksiya
- İkitavr, şveller, künclük, armatur
- Bina karkasları, kolon və tirlər
- Anqarlar, anbarlar, sexlər
- Körpü və estakadalar
-
Maşınqayırma və metal məmulatları
- Metal karkaslar
- Avadanlıq çərçivələri
- Sadə mexaniki hissələr
- Dəmir qapı, darvaza, barmaqlıq
-
Boru və kommunikasiya
- Su, qaz, texniki borular
- Ventilyasiya sistemləri
- Kabel kanalları
-
Nəqliyyat və infrastruktur
- Dəmir yolu konstruksiyaları
- Yük platformaları
- Avtomobil üstü metal konstruksiyalar
Üstünlükləri:
-
Mexaniki va texnoloji
- Yaxşı möhkamlik qiymat nisbati
- Asan qaynaq olunur
- Kəsilməsi, əyilməsi, deşilməsi rahatdır
- Yüksək yükdaşıma qabiliyyəti
-
İqtisadi
- Paslanmayan poladdan xeyli ucuzdur
- Kütləvi istehsal — bazarda bol tapılır
- Standart ölçü və profillər mövcuddur
-
Konstruktiv
- Müxtəlif formalarda (boru, profil, list, ikitavr və s.)
- Böyük spanlı konstruksiyalar üçün uyğundur
- Təmir və gücləndirmə asandır
Məhdudiyyətləri:
-
Korroziya (paslanma)
- Açıq havada tez paslanır
- Rütubət, duzlu mühitdə davamlı deyil
- Mütləq boya, galvanizasiya və ya örtük tələb edir
-
Kimyəvi davamlılıq zəifdir
- Turşu və aqressiv mühitlərdə tez sıradan çıxır
- Kimya sənayesində məhdud istifadə
-
Estetik görünüş
- Örtüksüz halda görünüşü zəifdir
- Dekorativ məqsədlər üçün əlavə emal lazımdır
-
Aşağı temperaturda risk
- Çox soyuq iqlimdə bəzi markalar kövrəkləşə bilər
- Zərbəyə məruz qalan yerlərdə xüsusi marka seçilməlidir
Satış Müddəaları:
- Ikitavr qiyməti ölçüyə görə müəyyən olunur. Qiymət metr başına bildirilir.
- Ikitavr tələbi say (eded) olaraq keçilir, uzunluq 6m vəya 12 m olur.
- Alıcıya istəyinə əsasən müvafiq sənədlər təqdim edilir (müqavilə, təhvil-təslim aktı, qaimə-faktura, yol qaiməsi, çəki vərəqəsi, kassa çeki, labaratoriya test analizi, sertifikat və s.).
