Ümumi Məlumat

2003-cü ildə istismara verilən şirkət, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən inşaat materialların istehsal etməklə, ölkə iqtisadiyatın gücləndirməsi istiqamətində professional səylərini göstərməkdədir.

“MARS-A” MMC yerli bazarın tələbatını uğurla qarşılamaqla yanaşı, ixrac imkanlarını genişləndirərək aşağıdakı yerli istehsal istiqamətləri üzrə fəaliyyətini davam etdirir.

  • Metal Məmulatları İstehsalı Sahəsi
  • Dam örtükləri İstehsal Sahəsi
  • Metal Toplama və Əritmə Sahəsi
  • Armatur İstehsal Sahəsi

Müasir texnologiyalar və qabaqcıl avadanlıqlarla fəaliyyət göstərən şirkətimiz, peşəkar və təcrübəli ustalar kollektivi ilə müştərilərinə keyfiyyətli, davamlı və etibarlı həllər təqdim edir.

İstehsal Prosesi

Şirkətimizin istehsal fəaliyyəti iki əsas istiqamət üzrə təşkil olunmuşdur: metal lent formalaşdırılmasından və metalın əridilərək süzülməsindən (metaləritmə) hazırlanan məhsullar.

Formalaşdırma prosesi ilə əsasən profil tip məhsulların (tikişli boru, profil qutu və s.) istehsalı aparılır. Bu prosesi texnoloji ardıcıllıq tələb edən mərhələlərdən ibarətdir və xammal olaraq polad rulon lentlər təşkil edir. Rulonlar xüsusi avadanlıqlarda en üzrə kəsilir, açılır və düzləndirilir, səthi kimyəvi üsulla təmizlənərək xəttə verilir. Lent xüsusi valiklərdən (roll form xətti) keçirilərək tədricən profil formasına salınır. Formalaşdırılmış profil yüksək tezlikli elektrik qaynağı (HF qaynaq) ilə birləşdirilərək əlavə valiklərdən keçirilərək standart ölçülərə uyğunlaşdırılaraq, avtomatik kəsici avadanlıqlar vasitəsilə tələb olunan uzunluqlarda kəsilir.

Metaləritmə prosesi ilə pəstah, armatur, katinka, künclük və s. tip məhsullar istehsalı aparılır. Bu mərhələdə xammal kimi metal qırıntıları (metallom) toplanır, çeşidlənir və təmizlənir. Əritmə sobalarında metal qırıntısı əridilərək, tərkibi optimallaşdırılır və sonrakı istehsal mərhələlərində əridilmiş metal süzülərək uyğun məhsul formaya gətirilir və avtomatik kəsici avadanlıqlar vasitəsilə tələb olunan uzunluqlarda kəsilir.

Keyfiyyətə Nəzarət və Laboratoriya

  • Xammaldan başlayan keyfiyyət: İstehsal prosesimiz yüksək keyfiyyətli polad seçimi ilə başlayır. Hər bir material partiya üzrə sertifikatı, markası, kimyəvi (karbon, manqan ve s.) və mexaniki xüsusiyyətlərinə (dartılma, möhkəmlik) görə yoxlanılır, və yalnız standartlara uyğun xammal istehsala qəbul edilir.
  • Vizual nəzarət və test sınaqlar: İstehsal edilən məhsulların ölçü, çəki, səthi qüsurlar, normadan kənarlaşma, qaynaq tikişləri və s. yoxlanılır. Müxtəlif yüklənmə və təsirlərə qarşı test olunur.
  • İstehsala nəzarət: İstehsal prosesinin hər mərhələsi, avadanlıqların düzgün işlənməsi, temperatur, təzyiq və s. nəzarət edilməsi.
  • Markalanma, daşıma qaydalarına nəzarət: Məhsulların qabarit və sayından asılı olaraq yığılır-bağlanır, Texniki şərtlərin tələblərinə uyğun markalanma, saxlama, yükləmə-daşıma aparılır. Müştərilərə sertifikatlar, test sınaq nəticələri və s. sənədlər təqdim olunur.

SƏTƏM

Şirkətdə əməyin mühafizəsi və təhlükəsizlik texnikası, yanğından mühafizə və ətraf mühitin mühafizəsi dövlət qanunvericilik aktlarına və beynəlxalq standartların tələblərinə riayət edilir. İşçilərin sağlam və təhlükəsiz işləməsi üçün sanitar-gigiyena normalarına uyğun iş şəraitinin yaradılmasına nəzarət edilir, işçilər normalara uyğun xüsusi geyim — fərdi mühafizə vasitələri, müalicəvi-profilaktik yeməklərlə təmin edilir. Şirkət işçilərinin əməyin mühafizəsi ilə bağlı biliklərinin artırılması məqsədilə vaxtaşırı tədris və təlim keçilir.

Sertifikatlar

Səhifənin QR kodu +994 12 401 09 06 +994 55 444 91 00 [email protected]